İmişlidə 24 yaşlı oğlanı cərəyan vuraraq öldürüb

İmişlidə 24 yaşlı oğlanı cərəyan vuraraq öldürüb
# 26 may 2016 10:38 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı - APA. İmişli rayonunda bədbəxt hadisə baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə rayonun Muradxanlı kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Həsənov Şəmi Qəhrəman oğlu elektrik cərəyanı vurması nəticəsində ölüb.

Məlumata görə, evlərində işıqlar söndüyü üçün Ş. Həsənov yüksək gərginlikli transformatora müdaxilə edib və hadisə bu zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR