Tiflisdə inklüziv turizmin inkişaf etdirilməsi mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO

Tiflisdə inklüziv turizmin inkişaf etdirilməsi mövzusunda beynəlxalq konfrans keçirilir - <span style="color: red;">FOTO
# 11 noyabr 2015 09:50 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflisdə "İqtisadiyyatın inkişafı üçün İnklüziv turizmin inkişaf etdirilməsi" mövzusunda beynəlxalq konfrans başlayıb. Tədbir Gürcüstanın himninin səsləndirilməsi ilə başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, inklüziv turizmə həsr edilən beynəlxalq konfransı Tiflis şəhər meri David Narmania açaraq son illərdə Gürcüstanda, eləcə də region ölkələrində turizmin daha da genişləndirildiyini bildirib və son illər region ölkələrindən, eləcə də müxtəlif xarici ölkələrdən Gürcüstana çoxlu turist gəldiyini açıqlayıb.

Beynəlxalq konfransda çıxış edən Gürcüstanın iqtisadiyyat və sabit inkişaf naziri Dmitri Kumsişvili turizmin iqtisadiyyatın inkişafında prioritet sahələrdən biri olduğunu qeyd edib. Konfransda Gürcüstan Milli Turizm Agentliyinin sədri Giorgi Qoqovadze, Almaniyanın Gürcüstandakı səfiri Betina Katenbax çıxış edərək inklüziv turizmin inkişafı və onun perspektivləri haqqında, həmçinin turizmin tarixi ənənələr nöqteyi-nəzərindən inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Tədbirdə qeyd olunub ki, Gürcüstan 2006-cı ildə BMT ilə inklüziv turizmin inkişaf etdirilməsi ilə bağlı müqavilə imzalayıb.

Tədbir müxtəlif mövzularda təşkil edilən sessiyalarda davam edib.

Tədbirə Avropa və Asiya, həmçinin Cənubi Qafqaz ölkələrindən 150-dən çox nümayəndə qatılıb. Tədbirdə Azərbaycanı ekspertlər qrupu və azərbaycanlıların rəhbərlik etdiyi yerli turizm agentlikləri təmsil edib.

Gürcüstan Milli Turizm Agentliyinin sədri Giorgi Qoqovadze APA-ya açıqlamasında region ölkələri də daxil olmaqla Cənubi Qafqazda inklüziv turizmin getdikcə inkişaf etdiyini bildirib: "Son illərdə istər Gürcüstanda, istərsə də Azərbaycanda turizmin inkişafı hər iki ölkənin əlaqədar strukturlarını ciddi maraqlandırır və turizm müasir dövrdə vacib sektorlardan biri sayılır. Bizim Azərbaycan ilə çox gözəl münasibətlərimiz var. Bu yaxınlarda mən Azərbaycanda səfərdə olarkən turizm sahəsində birgə əməkdaşlığa dair razılıq əldə etdik və müəyyən sənədlər hazırlandı. Bu sənədə əsasən gələn ilin yanvarında Nyu-York şəhərində birgə turizm sərgisinin keçirilməsi nəzərdə tutulub. Bu, Azərbaycan və Gürcüstanın turizm strukturu rəhbərliyi arasında həyata keçiriləcək ilk beynəlxalq tədbir olacaq. Bizim məqsədimiz iki dost və qardaş ölkənin turizm potensiyalına Amerikada diqqət cəlb etməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR