Azərbaycanda adı seçici siyahısında olmayan şəxs adını siyahıya əlavə edə biləcək

Azərbaycanda adı seçici siyahısında olmayan şəxs adını siyahıya əlavə edə biləcək
# 27 may 2015 12:40 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu MSK-nın Seçkilər İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov bildirib. R. Gülməmmədov deyib ki, “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemində seçici siyahısında adı olmayan seçicinin ad, soyad, qeydiyyatda olduğu rayon və yaşayış qəsəbəsinin, seçki məntəqəsinin adı qeyd olunaraq, sistemə daxil edilir. Həmin şəxsin göndərdiyi məlumat müvafiq Dairə Seçki Komissiyasına göndərilir, həqiqətən belə seçici varsa, onun adı seçici siyahısına daxil edilir.

R. Gülməmmədov bildirib ki, “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi avtomatik olaraq, ada uyğun seçicinin qadın və ya kişi olduğunu müəyyən edir: “Ancaq elə adlar var ki, sistem onun qadın, yaxud kişi olduğunu müəyyən edə bilmir. Məsələn, Arzu adı həm kişilərə, həm də qadınlara qoyulur. Bu zaman yerində həmin şəxsin qadın və kişi olduğu müəyyən edilir, operator müdaxilə edərək həmin seçicinin qadın və ya kişi olduğunu qeyd edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR