Gələn il 4 şəhər və 2 rayon dövlət büdcəsindən dotasiya tələb etməyərək öz büdcəsini müstəqil formalaşdıracaq

Gələn il 4 şəhər və 2 rayon dövlət büdcəsindən dotasiya tələb etməyərək öz büdcəsini müstəqil formalaşdıracaq
# 05 noyabr 2014 16:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Gələn il 4 şəhər və 2 rayon dövlət büdcəsindən dotasiya tələb etməyərək öz büdcəsini müstəqil formalaşdıracaq.

APA-Economics”in məlumatına görə, bunu 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin parlamentin elm və təhsil, mədəniyyət, regional məsələlər, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu, insan hüquqları komitələrinin birgə iclasında müzakirəsi zamanı regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

Komitə sədri bildirib ki, dövlət büdcəsindən şəhər və rayonlara ayrılan dotasiya tədricən aradan qaldırılmalıdır. Onun fikrincə, şəhər və rayonlar əldə etdikləri vəsait hesabına büdcələrini formalaşdırmalıdır: “Nəhayət hamı dərk etsin ki, ələbaxımlılıq şəraitinə son qoyulacaq. Şəhər və rayonlara müəyyən rəqəm tətbiq etmək olar. Məsələn, onlara bildirilməlidir ki, büdcənin 80%-ni özün yığmalısan, 20%-i isə sənə dövlət büdcəsindən dotasiya formasında veriləcək. İndi elə bir vəziyyət yaranıb ki, 4 mln. manat əldə edir, 16 mln. manat isə xərcləyir. Mən hesab edirəm ki, bu gec-tez aradan qaldırılmalıdır və bu işə indidən başlamaq lazımdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR