“Nikoil Bank” Novruz bayramı münasibətilə xeyriyyə tədbirləri keçirib - FOTO

“Nikoil Bank” Novruz bayramı münasibətilə xeyriyyə tədbirləri keçirib - <span style="color: red;">FOTO
# 29 mart 2015 09:50 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Nikoil Bank”ın işçi heyəti Novruz bayramı ilə bağlı ardıcıl olaraq xeyriyyə tədbirləri keçirib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, ilk olaraq sümük vərəmindən əziyyət çəkən uşaqların müalicə və reabilitasiyasının həyata keçirildiyi Bilgəhdəki dispanserdə uşaqlar üçün bayram süfrəsi təşkil edilib. Tədbirin sonunda uşaqlara Novruz bayramı münasibətilə hədiyyələr paylanıb.

Daha sonra isə Qarabağ müharibəsi veteranları ziyarət olunub. 52 veteran ailəsinə ərzaq məhsulları paylanıb.

Bundan bir neçə günə öncə isə “Nikoil Bank” 80 yaşı tamam olmuş bank əmanətçilərini təbrik edib. Bankın baş ofisində yubileyini qeyd edən əmanətçilərə dəyərli hədiyyələr verilib.

“Nikoil Bank” bir daha təsdiq edib ki, sosial məsuliyyətin əsas missiyalarından biri də köməyə ehtiyacı olanlara vaxtında yardım etməkdir.

Bu gün “Nikoil Bank” əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. “Nikoil Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil?ref=hl

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR