“DəmirBank”ın kapitalı AMB-nin tələblərinə cavab verir

“DəmirBank”ın kapitalı AMB-nin tələblərinə cavab verir
# 19 noyabr 2014 14:34 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Oktyabrın 1-nə olan məlumata görə, “DəmirBank” 423,4 mln. manat məbləğində aktivləri ilə Azərbaycanda öncül banklar sırasına daxildir.

“DəmirBank”dan “APA-Economics”ə verilən məlumata görə, bankın məcmu kapitalı 62,3 mln. manat təşkil edir.

“DəmirBank” AMB-nin 1 yanvar 2015-ci il tarixinə qədər bankların məcmu kapitalının 50 mln. manat olması tələbini üstələyir.

“DəmirBank” 2004-cü ildə “Fitch” beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığa başlamaqla, ölkədə beynəlxalq reytinq alan ilk özəl bank olub. Bununla yanaşı, bank “Fitch Ratings” və “Planet Rating” agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir ki, bunlar da Azərbaycan bank sektorunda ən yüksək reytinqlər sırasındadır. Reytinq proqnozları isə bankın inkişafı ilə bağlı müsbət gözləntilərdən xəbər verir.

Ölkənin ilk kommersiya banklarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR