Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşünə hazırlıq görüşü keçirilir

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşünə hazırlıq görüşü keçirilir
# 27 noyabr 2014 13:33 (UTC +04:00)

Bakı - APA. Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşünə hazırlıq məqsədilə görüş keçirilir.

Təhsil Nazirliyinin İnformasiya şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Təhsil nazirliklərinin yüksək vəzifəli şəxsləri iştirak edirlər.

Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və əlaqələrin inkişafının əsas istiqamətləri, o cümlədən mübadilə proqramları, ortaq dərsliklərin işlənib hazırlanması, orta məktəb səviyyəsində şagird mübadiləsi, Türk Akademiyasının Elmi Şurasının yaradılması və digər məsələlər müzakirə olunur.

Qeyd edək ki, noyabrın 28-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşü keçiriləcək.

Azərbaycanın ev sahibliyi ilə keçiriləcək görüşdə Qırğızıstanın təhsil naziri Kanat Sadıkov, Türkiyənin milli təhsil naziri Nəbi Avcı, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, Türkiyə Ali Təhsil Şurasının sədri Yekta Saraç, Qazaxıstan Təhsil Nazirliyinin məsul katibi Aliya Qalimova, həmçinin müşahidəçi qismində Türkmənistan nümayəndələri, Türk Şurasının baş katibi Ramil Həsənov, Türk Akademiyasının rəhbəri Darhan Kıdırali, Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin və digər müvafiq qurumların nümayəndələri iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR