“TuranBank” I rübü böyük zərərlə başa vurub

“TuranBank” I rübü böyük zərərlə başa vurub
# 24 aprel 2015 09:49 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il aprelin 1-nə “TuranBank”ın aktivləri 2014-cü ilin analoji dövrü ilə müqayisədə 22%, ötən ilin sonu ilə müqayisədə isə 8% artaraq 345,3 mln. manat təşkil edib.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, hesabat tarixinə kredit portfeli 43% artaraq 256 mln. manata çatıb.

Bankın müştəri hesabları və depozit portfeli 161,3 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 11% artım deməkdir. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətləri 29,9% artaraq 82,7 mln. manat olub.

Məcmu kapital 1% artaraq 53 mln. manata, nizamnamə kapitalı isə 7% artaraq 47 mln. manata çatıb.

Cari ilin yanvar-mart aylarının fəaliyyət nəticələrinə əsasən bankın gəlirləri 6,2 mln. manat, xərcləri isə 8,2 mln. manat təşkil edib.

Qeyd edək ki, “TuranBank” hesabat dövrünü 2 mln. manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR