DİN Bakıda baş verən qətllə bağlı məlumat yayıb

DİN Bakıda baş verən qətllə bağlı məlumat yayıb
# 14 iyul 2015 10:35 (UTC +04:00)

Bakı. Fuad Cəfərov –APA. Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən qətllə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 14-də Sabunçu rayonunun Maştağa qəsəbəsində Gəncə şəhər sakini Abbas Mehdiyevə məxsus “AzSamand” markalı avtomobildə bıçaqla qətlə yetirilmiş 40-45 yaşlı kişi meyiti tapılıb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR