DİN Şəmkirdə baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb

DİN Şəmkirdə baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb
# 24 noyabr 2014 13:03 (UTC +04:00)

Bakı. Fuad Cəfərov –APA. Daxili İşlər Nazirliyi Şəmkirdə baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytın istinadən verdiyi məlumata görə, noyabrın 24-də Şəmkir şəhərində şəhər sakini Firuz Zamanova məxsus mağazaya gəlmiş şəxsiyyəti məlum olmayan 2 nəfər münaqişə zəminində onu bıçaqla qətlə yetirib hadisə yerini tərk edib.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Şiştəpə kənd sakinləri Laçın Məmmədov və Anar Qurbanov tərəfindən törədilməsi müəyyən edilib.

Şəmkir Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR