Fransua Olland: “Türkiyə “İŞİD”ə qarşı mübarizəyə qoşulmalı və kürdlərlə yenidən dialoqa başlamalıdır”

Fransua Olland: “Türkiyə “İŞİD”ə qarşı mübarizəyə qoşulmalı və kürdlərlə yenidən dialoqa başlamalıdır”
# 26 avqust 2015 12:04 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Fransa prezidenti Fransua Olland Türkiyəni “İŞİD”ə qarşı mübarizəyə qoşulmağa və kürdlərlə yenidən dialoqa başlamağa çağırıb.


APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə F. Olland Fransanın müxtəlif ölkələrdəki səfirləri ilə görüşündə bildirib. O, Suriyanın gələcəyində Bəşər Əsədə yer olmadığını da söyləyib. Prezidentin sözlərinə görə, Əsədin neytrallaşdırılması sülhün ilkin şərtidir: “Bütün aktyorlar həll prosesinin parçası olmalıdır. Bunu deyərkən Körfəz ölkələrini və İranı da nəzərdə tuturam”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR