Göyçayda yük avtomobili və içərisindəki 2 ton ot yanıb - FOTO

Göyçayda yük avtomobili və içərisindəki 2 ton ot yanıb - <span style="color: red;">FOTO
# 06 iyun 2015 14:16 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçayda yük avtomobili yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 15:30 radələrində Göyçay-Ucar yolunun 14-cü kilometrliyində, Məlikkənd kəndi ərazisində qeydə alınıb.

Sürücü, 1973-cü il təvəllüdlü Mirzəyev Vüqar Qəzənfər oğlunun idarə etdiyi 90-JM-602 dövlət nömrə nişanlı, “KrAZ” markalı yük avtomobili hərəkətdə olarkən qəfildən yanmağa başlayıb. Hadisə yerinə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı yük avtomobili və içərisindəki 2 ton ot bağı yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR