“Sabis Sun” Beynəlxalq Məktəbi tədrisə tam hazırdır - FOTO

“Sabis Sun” Beynəlxalq Məktəbi tədrisə tam hazırdır - <span style="color: red;">FOTO
# 20 avqust 2015 13:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sentyabr ayından etibarən “Sabis Sun” Beynəlxalq məktəbi qapılarını şagirdlərinin üzünə açır.

“Azersun Holding”dən “APA-Economics”ə verilən məlumata görə, ABŞ, Böyük Britaniya, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri və Rumıniya başda olmaqla dünyanın 16 ölkəsində 60 beynəlxalq məktəbin daxil olduğu “Sabis” təhsil sistemi artıq Azərbaycanda. “Dreamland” ərazisində yerləşən və təhsil sahəsində çox uğurlu layihə olan “Sabis Sun” Beynəlxalq məktəbində tədris beynəlxalq standartlara uyğun olaraq təşkil edildiyindən buranı bitirən şagirdlərə dünyanın nüfuzlu ali məktəblərinə qəbul olmaq daha asan olacaq.

Yüksək tədris keyfiyyəti ilə yanaşı 7 hektarlıq bənzərsiz kompleks ərazisində şagirdlərin fiziki-idman hazırlığı, incəsənət və sosial istiqamətlərdə mükəmməl yetişməsi zəmanət altındadır. Olimpiya idman standartlarında üzgüçülük hovuzu və futbol stadionu, habelə böyük teatr salonu bu kompleksdə yer alır. Burada nəinki tədris, hətta bütün təhsil kompleksi ərazisində ünsiyyət İngilis dilindədir. Bütün bunlarla yanaşı 12 şöbəlik şagird həyatı təşkilatı şagirdlərin proqressiv şəxsiyyət kimi formalaşmasına xidmət edir.

“Sabis Sun” Beynəlxalq Məktəbinin daha bir üstünlüyü beynəlxalq təhsillə yanaşı dövlət attestatını təmin etməsidir. Məktəbdə hazırda qeydiyyat davam edir. Tələsin övladınızın parlaq gələcəyinizi təmin etmək sizin əlinizdədir. Ətraflı məlumat üçün: tel: 051 990 65 65, 077 522 31 31, [email protected]

“Sabis Sun” Beynəlxalq Məktəbində iki həftəlik metodik seminar işə başlayır. Azərbaycanda 2015/2016-cı tədris ilində fəaliyyətə başlayacaq “Sabis Sun” Beynəlxalq məktəbində 15 gün davam edəcək seminar Jacobus Gerike, S. Ayche, Dr. C. Boozer kimi tanınmış mütəxəssislər tərəfindən keçirilir. Metodik seminar boyunca “Sabis Sun” Beynəlxalq məktəbinin tədris sistemi barəsində ətraflı məlumat veriləcək, təlim prosesində İKT texnologiyalarından istifadə, təhsil sisteminin özünəməxsusluğu və s. məsələlər barədə ətraflı şərh ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR