Magistraturaya qəbul imtahanlarında ən yüksək nəticəni DİA-nın məzunları göstərib

Magistraturaya qəbul imtahanlarında ən yüksək nəticəni DİA-nın məzunları göstərib
# 28 aprel 2015 15:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərin adlarını açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu il Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu Babayev Vasif Abbas oğlu ən yüksək - imtahanın iki mərhələsindən ümumilikdə 144 bal toplayıb. Vasif Babayev 2011-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında 644 bal toplayaraq, Akademiyanın Beynəlxalq münasibətlər ixtisasına qəbul olub.

Digər yüksək bal toplayan bakalavr isə bu il magistraturaya qəbul imtahanının hər iki mərhələsinin cəmi olaraq ümumilikdə 144 bal toplamış bakalavr - Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu İsmayıl Nəcəfquluzadədir. O, 2011-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında 672 bal toplayaraq, Akademiyanın Beynəlxalq münasibətlər ixtisasına qəbul olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR