AVCİYA parlament seçkiləri ilə bağlı apardığı monitorinqin nəticəsini açıqlayıb - VİDEO

AVCİYA parlament seçkiləri ilə bağlı apardığı monitorinqin nəticəsini açıqlayıb - <span style="color: red;">VİDEO
# 29 oktyabr 2015 13:28 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlayıb.


APA-nın məlumatına görə, tədbirdə çıxış edən AVCİYA seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, qərargah sentyabrın 1-dən oktyabrın 26-dək olan seçkiqabağı ictimai-siyasi mühitin monitorinqini aparıb: “Biz bütün bölgələrdə seçicilər üçün seminarlar təşkil etmişik. Apardığımız müşahidələrə əsasən deyə bilərik ki, Azərbaycanda stabil siyasi mühit formalaşıb. Azərbaycanda hazırkı seçkiqabağı mühit olduqca əlverişlidir və bu da seçkilərin şəffaf keçiriləcəyinə bir sübutdur. Azərbaycanda eyni zamanda sərbəst toplaşma azadlığı da təmin edilir”.



Mərkəzi Seçki Komissiyasına (MSK) verilən şikayətlərə də toxunan M. Zülfüqarlı qeyd edib ki, 21 dairə seçki komissiyasında namizədliyi qeydə alınmayanların hüquqları MSK-da bərpa edilib: “MSK-ya daxil olan 94 müraciətdən 11-i təkrar olub. Beləliklə, MSK-ya 83 müraciət daxil olub”.



M. Zülfüqarlı əlavə edib ki, seçki qərargahı eyni zamanda beynəlxalq qurumların Azərbaycana qarşı qərəzli münasibətinə dair təhlil aparıb: “Beynəlxalq qurumlar tərəfindən 2003-cü ildən bəri Azərbaycana qarşı irəli sürülən iradlar əsasən təkrardır. Hesab edirik ki, beynəlxalq təşkilatların Azərbaycana qarşı iradları ölkəmizin apardığı müstəqil siyasətlə, Rusiyaya qarşı embarqoya qoşulmaması ilə bağlıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR