Azərbaycanın Yeni Zelandiyaya təyin olunmuş ilk səfiri etimadnaməsini təqdim edib

Azərbaycanın Yeni Zelandiyaya təyin olunmuş ilk səfiri etimadnaməsini təqdim edib
# 26 avqust 2014 12:09 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Avstraliya İttifaqı, Fici Respublikası və Yeni Zelandiyaya təyin olunmuş səfiri Rövşən Cəmşidov etimadnaməsini Yeni Zelandiyanın general-qubernatoru, general-leytenant Cerri Mateparaeyə təqdim edib.

Azərbaycanın Avstraliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, etimadnamənin təqdim edilməsindən sonra keçirilən görüşdə C.Mateparae R.Cəmşidovu Azərbaycanın ölkəsinə təyin edilmiş ilk səfiri kimi təbrik edib, bu təyinatın ölkələrimiz arasında əlaqələri daha da inkişaf etdirəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu dövrdəki təcrübəsinin öyrənilməsinin Yeni Zelandiya üçün faydalı ola biləcəyini söyləyən C.Mateparae iki ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün hərtərəfli zəminin mövcud olduğunu qeyd edib. O, salamlarının Azərbaycan prezidentinə və xalqına çatdırılmasını xahiş edib. R.Cəmşidov isə fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

Səfər çərçivəsində R.Cəmşidovun Yeni Zelandiyanın Xarici İşlər və Ticarət Nazirliyinin (XİTN) Avropa İdarəsinin rəisi İan Hill, XİTN-nin protokol idarəsinin rəisi Karolin Bilkey, nazir müavini Bede Korri ilə də görüşləri olub. Görüşlər zamanı ölkələrimiz və nazirliklər arasında daha yaxın əlaqələrin qurulması imkanları, enerji, kənd təsərrüfatı və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin yaradılması üçün geniş imkanların mövcud olduğu qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR