Rabitə və Yüksək Texnologiyalar naziri Göygöldə vətəndaşları qəbul edib - FOTOSESSİYA - VİDEO

Rabitə və Yüksək Texnologiyalar naziri Göygöldə vətəndaşları qəbul edib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 17 sentyabr 2014 15:35 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov Göygöldə vətəndaşları qəbul edib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, səyyar qəbulda Göygöl və ətraf 7 rayondan olan 12 vətəndaşın şikayəti dinlənilib. Onların əksəriyyəti əsasən işə qəbul edilmə ilə bağlı olub.

Həmçinin ucqar yerlərdə internet və rəqəmsal teleyayım məsələləri ilə əlaqədar təkliflər də dinlənilib. Onların həlli istiqamətində lazımi qurumlara göstəriş verilib.

Ə. Abbasov həmçinin nazirliyin Dövlət Radiotezliklər İdarəsinin Gəncə şəhərində yeni istifadəyə verilmiş Efirə Radio Nəzarət Məntəqəsinə də baxış keçirib. Gəncədə açılmış məntəqə respublika üzrə artıq 14-cü efirə nəzarət stansiyasıdır.

Artıq Bakıda 5, bölgələrdə 5 regional və 4 köməkçi radionəzarət məntəqələri fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR