Bakı-APA. ABŞ ukraynalı pilot Nadejda Savçenkonun işini “unikal” adlandırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ceff Ratke bildirib.
“Biz Rusiyanı Nadya Savçenkonu və digər ukraynalı girovları Moskvanın sentyabr və fevralda imzaladığı Minsk sazişinə uyğun olaraq yubandırmadan azad etməyə çağırırıq”, deyə Ratke qeyd edib.
Bundan əvvəl Nadejda Savçenkonun işi üzrə istintaq müddətinin noyabrın 13-dək uzadılması barədə qərar verilib.