Dünya çempionumuz: “Kastillo üzərində qələbədən sonra başa düşdüm ki, qızıl medal qazanmaq şanslarım var” - MÜSAHİBƏ

Dünya çempionumuz: “Kastillo üzərində qələbədən sonra başa düşdüm ki, qızıl medal qazanmaq şanslarım var” - <span style="color: red;">MÜSAHİBƏ
# 18 may 2015 09:17 (UTC +04:00)

- Qalib kimi təəssüratlarınız necədir?

- Qəlbim sevinclə doludur. Özümü əla hiss edirəm, təəssüratlarım da əladı. Bundan yaxşısı ola bilməz.

- Ümumiyyətlə, dünya çempionatında mübarizə necə keçdi? Hansı döyüşünüz daha çətin alındı?

- Bütün görüşlərim gərgin keçdi. Kubalı Rafael Kastillo ilə yarımfinal isə daha ağır alındı.

- Məhz həmin döyüşdən sonra çempion olacağınızı hiss etdiz?

- Bəli, Kastillo üzərindəki qələbədən sonra başa düşdüm ki, qızıl medal qazanmaq şanslarım var. Amma 100 faiz əmin deyildim.

- Yarımfinala qədər bütün rəqiblərinizi asanlıqla məğlub edib, onlara şans vermirdiniz. Son 2 görüşdə 1 xal fərqi ilə qalib gəlməyinizi nə ilə izah edərdiniz: yorğunluq, yoxsa rəqiblərin daha güclü olması ilə?

- Əlbəttə ki, rəqiblər əvvəlki mərhələdən daha güclü idi. Fəxri kürsüyə yaxınlaşdıqca, daha çətin idmançılarla üz-üzə gəlirsən. Yorğunluğa gəlincə, bütün iştirakçılar eyni səviyyədə bunun əziyyətini çəkirlər.

- Son illərdə qazandığınız uğurlar sayəsində millimizdə liderə çevrilmisiniz. Çelyabinskə yollanarkən, çempionluq, yoxsa sadəcə medal haqda düşünürdünüz?

- Əlbəttə, çempion olmaq istəyirdim. Ən yaxşısına ümid edirdim.

- Yəqin ki, uzun müddətdi dünya çempionatında qızıl medal qazanmadığımızdan xəbəriniz var. Buna son qoymağa nə kömək etdi? 2001-ci ildə bu titulu qazanan, hazırda nümayəndə heyətinin tərkibində olan vitse-prezident Niyaməddin Paşayev uğur qazanmağın sirlərini sizinlə bölüşübmü?

- Çoxdandı çempionluq qazana bilməməyimizdən xəbərdar idim. Həm Paşayev, həm də bütün komandamız mənə mənəvi dəstək verirdi.

- Qələbə qazanmağınızda hansı amili xüsusi vurğulayardız?

- Çelyabinskdə uğur qazanmağımda tamaşaçı dəstəyinin böyük rolu oldu. Arenaya toplaşan azarkeşlər mənə döyüşlərimi yüksək əhval-ruhiyyədə keçirməyə böyük kömək oldu.

- Ötən il Avropa, indi isə dünya çempionu olduz. Növbəti hədəfiniz nədi?

- Növbəti sınaq Bakıda keçiriləcək Avropa Oyunlarıdı. Bu yarışa da hazırlaşacağıq. Orada da ən yaxşı nəticəyə köklənəcəyik. Hər bir idmançı kimi mənim də əsas məqsədim Rio Olimpiadasıdı.

- Bəs dünya çempionatında komandamızın çıxışını necə dəyərləndirərdiniz?

- Əlbəttə, öz çıxışımdan razıyam. Yığmaya gəlincə, komandamız artıq inamla sürət yığır. İnşallah, tezliklə hər şey əla olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR