Xəzər Strateji İnstitutunun nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub

Xəzər Strateji İnstitutunun nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub
# 15 aprel 2015 08:39 (UTC +04:00)

Xəzər Strateji İnstitutunun (HASEN) nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub.

BANM İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində HASEN-in Baş katibi Haldun Yavaş, Ali Məşvərət Şurasının üzvləri - keçmiş səfir Halil Akıncı, İstanbul Universitetinin tədris üzrə nümayəndəsi, professor Dəniz Ülke Arıboğan, İstanbul Avrasiya İnstitutunun rəhbəri, HASEN Bilim ve Uzmanlar Şurasının rəhbəri Bekir Günay, HASEN-in strateji və siyasi məsələlər üzrə koordinatoru Əfqan Niftiyev, HASEN-in tədris işləri üzrə koordinatoru Emin Axunzadə, tədqiqatçı Seda Birol BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri ilə görüş keçiriblər.

BANM-in rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən, dünyanın bir çox tanınmış şirkəti və universiteti ilə qurulan əməkdaşlıqdan danışıb. E. Qasımov Azərbaycanla Türkiyə arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərindən də söz açıb.

Halil Akıncı yenidən Azərbaycana gəlişindən və BANM-də qonaq olmasından məmnunluğunu ifadə edib. O, təmsil etdiyi institutun başlıca məqsədinin Xəzər regionu ilə bağlı müstəqil araşdırma və tədqiqatların aparılması, həmçinin strateji və yeni təkliflərin irəli sürülməsi olduğunu bildirib.

Görüşdə ikitərəfli əməkdaşlıq imkanları, Xəzər Strateji İnstitutunun nəşr etdiyi müxtəlif tədqiqat materialları, həmçinin gələcəkdə seminar, təlim və praktik kursların təşkil edilməsi barədə müzakirələr aparılıb.

Sonda qonaqlar professor-müəllim heyəti və tələbələrin suallarını cavablandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR