Şirvanda baş verən avtoqəzada 3 qadın xəsarət alıb

Şirvanda baş verən avtoqəzada 3 qadın xəsarət alıb
# 01 oktyabr 2015 21:47 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə 22.00 radələrində Şirvan şəhərinin H.Əliyev prospektində baş verib. “Merсedes” markalı avtomobillə “Honda” markalı avtomobilin toqquşması nəticəsində sərnişinlər -Hacıqabul şəhər sakinləri, 1951-ci il təvəllüdlü Rzayeva Maral İsabala qızı, 1978-ci il təvəllüdlü Rzayeva Vüsalə Ələddin qızı və 1956-cı il təvəllüdlü İsrafilova Qızbəst Ayaz qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

Faktla bağlı Şirvan polis şöbəsində tədqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR