XİN rəsmisi: “Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq təşkilatlar təsirli addımlar atmalıdır”

XİN rəsmisi: “Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq təşkilatlar təsirli addımlar atmalıdır”
# 28 aprel 2015 16:56 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanla İspaniya arasında əməkdaşlığın inkişaf etdiyini bildirən X. Xələfov ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, turizm və digər sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu bildirib.

Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaş əlaqələrinin qurulmasında maraqlı olduğunu qeyd edən X. Xələfov İspaniyanın Avropa İttifaqı çərçivəsində Azərbaycanın səylərini dəstəkləyəcəyinə ümidvar olduğunu bildirib.

İki ölkə arasında münasibətlərin mövcud inkişaf səviyyəsindən məmnunluğunu ifadə edən E. Mora isə əməkdaşlığın inkişafı üçün daha böyük potensialın olduğunu bildirib. Azərbaycan prezidenti İlham Əliyevin İspaniyaya rəsmi səfərinin tezliklə baş tutmasında maraqlı olduqlarını vurğulayan E. Mora ölkəsinin Azərbaycan üçün həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində etibarlı tərəfdaş olduğunu qeyd edib.

Azərbaycanın Cənubi Qafqazda Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu qeyd edən X. Xələfov Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının regionda sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığını qeyd edərək, münaqişənin tezliklə həll olunması üçün BMT, Avropa İttifaqı, ATƏT kimi mühüm təşkilatlar tərəfindən təsirli addımların atılmasının vacibliyini vurğulayıb.

Etnik və dini fərqliliyə görə separatizmin dəstəklənməsinin və dövlətlərin parçalanmasına cəhd edilməsinin demokratik prinsiplərlə ziddiyyət təşkil etdiyini qeyd edən E. Mora dövlətlərin ərazi bütövlüyü və suverenliyinin İspaniya üçün fundamental prinsip olduğunu vurğulayıb. İspaniyalı diplomat bu baxımdan ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində sülh yolu ilə həllini dəstəklədiyini bildirib.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR