Xələf Xələfov UNEP-in Avropa üzrə regional ofisinin direktorunu qəbul edib

Xələf Xələfov UNEP-in Avropa üzrə regional ofisinin direktorunu qəbul edib
# 27 oktyabr 2015 14:01 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit üzrə Proqramının (UNEP) Avropa üzrə regional ofisinin direktoru Yan Dusiki qəbul edib

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə UNEP ilə Azərbaycan arasındakı əməkdaşlıq və bu çərçivədə görülmüş işlər barədə fikir mübadiləsi aparılıb. Bununla yanaşı, “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”ndan irəli gələn öhdəliklərin yerinə yetirilməsi və onun daimi katibliyinin Bakı şəhərində yerləşdirilməsi istiqamətində atılan addımlar, katibliyin fəaliyyətinin təşkili, UNEP-in bu məsələlərdə iştirakı, eləcə də sözügedən Konvensiyanın növbəti 6-cı Tərəflər Konfransının Bakı şəhərində keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR