Azərbaycan prezidenti Şimon Peresi qəbul edib

Azərbaycan prezidenti Şimon Peresi qəbul edib
# 01 oktyabr 2015 16:10 (UTC +04:00)

APA-nın məlumatına görə, görüşdə prezident İlham Əliyevlə Şimon Peresin bundan əvvəl Bakıda və Davosda keçirilən görüşləri məmnunluqla xatırlanıb.

İsrailin sabiq prezidenti ölkəmizə budəfəki səfəri zamanı paytaxt Bakıda böyük inkişaf proseslərinin şahidi olduğunu deyib.

Söhbət zamanı Azərbaycanla İsrail arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR