Azərbaycanda dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrinin bu ilin əvvəlinə olan sayı açıqlanıb

Azərbaycanda dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrinin bu ilin əvvəlinə olan sayı açıqlanıb
# 27 avqust 2014 11:38 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycanda dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrinin bu ilin əvvəlinə olan sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, bu ilin əvvəlində orta ixtisas təhsili müəssisələrinin sayı 58 olub.

Bu müəssisələrdə təhsil alan tələbələrin sayı 63 273 nəfər təşkil edib. Onlardan 50 943 nəfər əyani, 12 330 nəfər isə qiyabi təhsil alıb.

Həmçinin bu ilin əvvəlində 57 dövlət orta ixtisas təhsili müəssisəsi, 1 qeyri-dövlət orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərib.

Dövlət orta ixtisas müəssisələrində 61 164 nəfər, qeyri-dövlət orta ixtisas təhsili müəssisəsində isə 2 109 nəfər təhsil alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR