Səməd Seyidov: "Ermənilərin AŞPA-da baş verənlərlə bağlı yaydığı məlumatlar tamamilə yalandır"

Səməd Seyidov: "Ermənilərin AŞPA-da baş verənlərlə bağlı yaydığı məlumatlar tamamilə yalandır"
# 24 aprel 2015 11:29 (UTC +04:00)

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov APA-ya açıqlamasında bildirib ki, Ermənistanın və ermənilərə yaxın digər mətbuat vasitələrinin yaydıqları məlumatlar yalandır və təxribat xarakteri daşıyır.

S. Seyidov qeyd edib ki, AŞPA-nın qeyd olunan iclaslarında ermənilərin qurum üzvlərini qondarma "soyqırım"la bağlı bir dəqiqəlik sükuta dəvət etməsi və Türkiyədən olan bəzi deputatların ayağa qalxması barədə yazılanlar tamamilə yalandır: “İclasların stenoqramı var, videoçəkilişlər mövcuddur. Bütün bunlar əyani sübutdur. Orada sadəcə 100 il əvvəl Aralıq dənizində ölənlərin, ümumiyyətlə, I Dünya müharibəsi zamanı həlak olanların xatirəsi yad edilib. Ümumiyyətlə, erməni deputatın belə bir təklifi olmayıb. Bu, onların nümayəndə heyətinin yaydığı uydurmadır”.

S. Seyidov sessiya zamanı erməni deputatların AŞPA üzvlərinin, o cümlədən Azərbaycandan olan deputatların otaqlarına uydurma "soyqırım"la bağlı təbliğat vasitələri qoyması barədə yayılan xəbərlərə də aydınlıq gətirib: “Bu da tamamilə əsassızdır. Onlar AŞPA-da bununla bağlı tədbir keçirmək istədilər və alınmadı deyə belə təxribata əl atırlar. Nəinki bukletlər paylamaq, orada sərgi də keçirməyə cəhd edirdilər, amma uğursuzluğa düçar oldular. Əvəzində Çanaqqala zəfərinə aid uğurlu bir sərgi keçirildi. Azərbaycandan olan deputatların otaqlarına bukletlərin qoyulması ümumiyyətlə, yalandır. Mən nümayəndə heyətimizin üzvləri ilə söhbətdə demişdim ki, hətta foyedə, dəhlizdə erməni nümayəndə heyətinin yanında dayanmasınlar və ehtiyatlı olsunlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR