Azərbaycan prezidenti YARAT Müasir İncəsənət Mərkəzinin ilk daimi məkanı ilə tanış olub - FOTO

Azərbaycan prezidenti YARAT Müasir İncəsənət Mərkəzinin ilk daimi məkanı ilə tanış olub - <span style="color: red;">FOTO
# 08 iyun 2015 19:09 (UTC +04:00)

APA-nın məlumatına görə, diqqətə çatdırılıb ki, YARAT-ın yeni məkanı 1960-cı illərdə dəniz gəmiləri üçün texniki baza kimi fəaliyyət göstərən, sonradan bərpa edilən binada yerləşir. Bərpa nəticəsində ikimərtəbəli dəbdəbəli sərgi məkanı yaradılıb. Yeni kitabxananın fəaliyyət göstərəcəyi bu məkanda YARAT-ın keçirdiyi sərgilər və il ərzində aparıcı beynəlxalq rəssamlar tərəfindən yeni yaranan hərəkatların dörd müvəqqəti sərgisi nümayiş olunacaq. Auditoriya nümayişlər, performanslar və YARAT-ın maarifləndirici tədbirləri üçün xüsusi məkan rolunu oynayır. Bu mərkəzin başlıca prinsipi təhsil proqramlarını daha da inkişaf etdirmək və beynəlxalq rəssamlar, auditoriya və institutlarla əməkdaşlığı gücləndirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR