Ukraynada separatçılar qəzaya uğrayan təyyarənin “qara qutularını” beynəlxalq komissiyaya verməyə hazırdırlar

Ukraynada separatçılar qəzaya uğrayan təyyarənin “qara qutularını” beynəlxalq komissiyaya verməyə hazırdırlar
# 18 iyul 2014 00:20 (UTC +04:00)

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Puşilin Rusiyanın “Dojd” telekanalına deyib.

“Hazırda hadisə yerində müvafiq işlər aparılır. Aşkar olunan bütün “qara qutuları” beynəlxalq instansiyalara təqdim etməyə hazırıq”, deyə Puşilin bildirib.

Onun sözlərinə görə, qondarma DXR-nın güc strukturları "Boeing 777" təyyarəsini vurmayıblar: “Bizdə yalnız zenit-raket kompleksləri var ki, onlar da çox yüksəklikdə uçan təyyarələri vurmağa qadir deyillər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR