ABŞ Dövlət Departamenti Türkiyə ilə münasibətlərdə fikir ayrılığının olduğunu inkar edir

ABŞ Dövlət Departamenti Türkiyə ilə münasibətlərdə fikir ayrılığının olduğunu inkar edir
# 31 oktyabr 2014 04:44 (UTC +04:00)

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki bildirib.

“Oxuduqlarınızın hamısına inanmayın, çünki Türkiyə nəinki NATO-nun mühüm müttəfiqidir, o, həmçinin, “İŞİD”-i zəiflədərək məhv etmək səylərimizdə əsas tərəfdaşımızdır”, deyə Psaki Washington Post nəşrinin “İŞİD”-ə qarşı əməliyyat məsələsində Vaşinqton və Ankara arasında ciddi fikir ayrılığının olması barədə məqaləsini şərh edərkən qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton Ankara ilə “İŞİD”-ə qarşı əlavə addımların atılması barədə aktiv dialoq aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR