Sabunçuda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır

Sabunçuda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır
# 06 may 2015 07:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Sabunçu rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, SKMF aprelin 30-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində işgüzar forum keçirib.

Sahibkarlardan ixtisaslaşdırılmış “yaşıl market”in, kiçik həcmli istixana təsərrüfatlarının və ət kəsimi, makaron, dondurma və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR