AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları üçün test sualları təsdiq edilib

AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları üçün test sualları təsdiq edilib
# 04 noyabr 2015 14:29 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA-nın elmi müəssisələri tərəfindən hazırlanmış fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul və doktorluq imtahanları üçün fənn proqramları və müvafiq ixtisas fənləri üzrə test sualları təsdiq edilib.

APA-nın məlumatına görə, AMEA-nın elmi müəssisələrinə tapşırılıb ki, ixtisas fənləri üzrə proqramlarının iddiaçılara verilməsi, rus dilində imtahan verənlər üçün test suallarının tərcümə edilməsi, doktoranturaya qəbul və doktorluq imtahanlarının şəffaf və obyektiv keçirilməsi və s. təmin edilsin.

Qeyd olunub ki, imtahan komissiyalarının tərkibi, imtahanların keçirilmə tarixi, vaxtı və yeri barədə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə qabaqcadan məlumat verilsin. AMEA İnformasiya Texnologiyaları İnstitutuna tapşırılıb ki, doktoranturaya qəbul və doktorluq imtahanlarının test üsulu ilə keçirilməsi üçün AMEA-nın elmi müəssisələrinə texniki yardım göstərilsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR