Gəncədə 21 yaşlı oğlan bıçaq yarası alıb

Gəncədə 21 yaşlı oğlan bıçaq yarası alıb
# 01 iyul 2016 23:40 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1995-ci il təvəllüdlü Altun Hümbətov sağ əlin barmaqlarının kəsilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib.

Vəziyyəti normal qiymətləndirilir. Yaxınlarının dediyinə görə A. Hümbətov Gəncə çayının sahilində olan bulvarda tanımadığı dalaşan iki nəfəri ayıran zaman əlindən bıçaq yarası alıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR