Bank Of Baku

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Birinci vitse-prezidenti Mehriban Əliyevaya

© APA | Birinci vitse-prezidenti Mehriban Əliyevaya

# 26 avqust 2026 12:23 (UTC +04:00)

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Sizə olan dərin ehtiramımı və doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Sizə möhkəm cansağlığı, rifah, tükənməz enerji, xoşbəxtlik və çoxşaxəli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın möhkəmləndirilməsinə göstərdiyiniz dəstəyə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.

Əminəm ki, ikitərəfli qarşılıqlı fəaliyyət bundan sonra da uğurla inkişaf edəcək, yeni birgə təşəbbüs və layihələrin həyata keçirilməsinə imkan yaradacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR