Məhəmməd Əli dəfn edilib - YENİLƏNİB

Məhəmməd Əli dəfn edilib - <span style="color: red;">YENİLƏNİB
# 10 iyun 2016 20:53 (UTC +04:00)

Bakı-APA. Əfsanəvi amerikalı boksçu Məhəmməd Əli Luisvill şəhərində dəfn edilib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, vida mərasimdə 14-dən çox insan iştirak edib.

Məhəmməd Əli doğulduğu Luisvill şəhərində dəfn edilib. Bildirilir ki, qəbiristanlığa yalnız mərhumun ailə üzvləri və yaxınları buraxılıb.

Qeyd edək ki, 1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkən Məhəmməd Əli dəfn mərasimini beş il bundan əvvəl ssenariləşdirib.

***

20:33

Bakı-APA. ABŞ-ın Luisvill şəhərində (Kentukki ştatı) boks əfsanəsi Məhəmməd Əli ilə vida mərasimi başlayıb.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, on minlərlə insanın iştirakı ilə keçirilən vida mərasimində İordaniya kralı Abdalla, ABŞ-ın sabiq prezidenti Bill Klinton, aktyor Billi Kristal, din xadimləri, mərhumun ailə üzvləri çıxış edəcəklər.

Məhəmməd Əlinin cənazəsini boks üzrə keçmiş dünya çempionu Lennoks Lyuis və “Əli” filmində baş rol oynamış aktyor Uil Smit daşıyacaq.

Qeyd edək ki, 74 yaşlı əfsanəvi amerikalı boksçu Məhəmməd Əli iyunun 3-də vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR