Azərbaycan "sığorta daxılı" mexanizmini işə salmaq üçün Beynəlxalq Maliyyə Korporasiyası ilə danışıqlar aparır

Azərbaycan "sığorta daxılı" mexanizmini işə salmaq üçün Beynəlxalq Maliyyə Korporasiyası ilə danışıqlar aparır
# 02 iyul 2015 12:25 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Kənd təsərrüfatının sığortası ilə bağlı qanun layihəsi qüvvəyə mindikdən sonra “sığorta daxılı” mexanizmini işə salmaq lazım olacaq”.

APA-Economics” xəbəri verir ki, bunu Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəisi Namiq Xəlilov jurnalistlərə açıqlaması zamanı bildirib.

N. Xəlilovun sözlərinə görə, bu mexanizmin işə salınması üçün yalnız qanunun qəbul edilməsi yetərli deyil: “Çünki bu sahəni inkişaf etdirmək üçün Azərbaycan ərazisində yetişdirilən kənd təsərrüfatı məhsullarının regionlar üzrə məruz qaldığı müxtəlif risklər qiymətləndirilməlidir. Bunun əsasında sığorta tarifləri müəyyənləşdirilməlidir. Eyni zamanda kənd təsərrüfatı sığortası sahəsində ekspertlər hazırlanmalıdır. Bu ekspertlər dəyən zərəri qiymətləndirməlidirlər, sığortadan əvvəl müəyyən hallarda sığortalanan əmlaka baxışlar keçirməlidirlər”.

Onun sözlərinə görə, bu sahədə Azərbaycana texniki yardım göstərilməsi üçün Maliyyə Nazirliyi Beynəlxalq Maliyyə Korporasiyası ilə danışıqlar aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR