Azərbaycan manatı dollara qarşı möhkəmlənib

 Azərbaycan manatı dollara qarşı möhkəmlənib
# 09 iyun 2015 06:35 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün iyunun 8-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi azalıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyunun 9-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0011 manat və ya 0,1% azalaraq 1,0476 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0213 manat və ya 1,83% bahalaşaraq 1,1858 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR