Bank Of Baku

MM komitəsində “Məşğulluq haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb

MM komitəsində “Məşğulluq haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb
# 30 aprel 2018 13:40 (UTC +04:00)

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Məşğulluq haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

 

APA-nın məlumatına görə, komitə rəhbəri Hadi Rəcəblinin sədrliyi keçən iclasda qanun layihəsi barədə məlumat verilib.
 

5 fəsil, 34 maddədən ibarət olan qanun layihəsində özünü məşğulluq, peşə standartları, vakansiya bankı, sığorta və digər sosial məsələlər ilk dəfə olaraq yer alıb. Əvvəlki oxunuşa nisbətdə deputatların bəzi düzəlişlərlə bağlı təklifləri nəzərə alınıb. 
 

Qanun layihəsi ikinci oxunuşda plenar iclasa tövsiyə olunub. 

 

İclasda Əmək Məcəlləsinin 118-ci maddəsinə dəyişiklik layihəsi də müzakirəyə çıxarılıb. Layihədə təhsil işçilərinin bəzilərinə əmək məzuniyyətinin verilməsi ilə bağlı dəyişiklik edilməsi təklif olunur. Təklifə görə, uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir. 
 

Məcəllənin hazırkı variantına görə, uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara əmək məzuniyyəti 42 təqvim günü müddətində verilir.
  

Layihə plenar iclasa tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR