ARDNF-nin “Şahdəniz” yatağının işlənməsindən əldə etdiyi gəlirin həcmi azalıb

ARDNF-nin “Şahdəniz” yatağının işlənməsindən əldə etdiyi gəlirin həcmi azalıb
# 13 aprel 2015 13:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Şahdəniz” yatağının işlənməsi üzrə əldə etdiyi gəlirin miqdarını açıqlayıb.

APA-Economics”in sorğusuna cavab olaraq ARDNF-ə bildirilib ki, bu ilin yanvar-mart aylarında fonda “Şahdəniz” yatağının işlənməsindən 79,5 mln. ABŞ dolları vəsait daxil olub. Bu, ötən ilin yanvar-mart ayları ilə müqayisədə 36,1 mln. dollar və ya 31,2% azalma deməkdir.

Xatırladaq ki, ötən ilin üç ayı ərzində “Şahdəniz” yatağından 115,6 mln. dollar gəlir əldə olunub.

Qeyd edək ki, 2007-ci ildən bu il aprelin 1-dək ARDNF “Şahdəniz” yatağının işlənməsi layihəsindən 2 mlrd. 199 mln. dollar gəlir əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR