Səfir Hidayət Orucov: “Strateji məqsəd Azərbaycanın müstəqilliyini bundan sonra da gücləndirməkdir”

Səfir Hidayət Orucov: “Strateji məqsəd Azərbaycanın müstəqilliyini bundan sonra da gücləndirməkdir”
# 07 iyul 2014 12:00 (UTC +04:00)

Bu fikirləri APA TV-yə Azərbaycanın Qırğızıstanda fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov deyib

"Qarşımıza qoyulan əsas istiqamətlərdən biri də beynəlxalq müstəvidə iki və çoxtərəfli münasibətlərin genişləndirilməsi oldu. Eyni zamanda diplomatlara beynəlxalq təşkilatlarla işin daha da canlandırılması tövsiyə olundu. Qazanılmış uğurları və nailiyyətlərin davam etdirilməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın münaqişənin həllində qəti mövqeyi, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına qətiyyətlə yol verilməməsi istiqamətində mühüm işlərin aparılması əsas məqsəd olaraq yenidən qarşımıza qoyuldu".

Hidayət Orucov qeyd edib ki, gündəlikdə olan strateji məqsəd Azərbaycanın müstəqilliyini bundan sonra da gücləndirmək, ölkəmizi dünyanın ən inkişaf etmiş və rəqabətə davamlı ölkələr səviyyəsinə yüksəltməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR