Merkel: “Türkiyənin səsləndirdiyi ittiham və şikayətlər anlaşılmazdır”

Merkel: “Türkiyənin səsləndirdiyi ittiham və şikayətlər anlaşılmazdır”
# 07 iyun 2016 16:40 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Türkiyə tərəfinin Bundestaq deputatlarının ünvanına səsləndirdiyi şikayət və ittihamlar anlaşılmazdır”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu sözləri Almaniyanın federal kansleri Angela Merkel Azərbaycan prezidenti İlahm Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib. O bildirib ki, Almaniya Bundestaqı tərəfindən qəbul edilmiş qətnamə ilə bağlı Bundestaq çoxluğu və Türkiyə tərəfinin fikirlərini əks etdirən iki ayrı mövqe mövcuddur: “Şəxsən mən Ermənistan və Türkiyə arasında birbaşa danışıqların başlanmasının tərəfdarıyam. Bundestaq üzvləri sərbəst seçilmiş deputatlardır və Türkiyə tərəfindən səslənən ittiham və şikayətləri anlaşılmaz hesab edirəm".

Xatırladaq ki, Türkiyə prezidenti R. T. Ərdoğan Bundestaqın türk əsilli üzvlərini ittiham edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR