Dilçilik İnstitutu: Bakıda reklam və obyekt adlarının əcnəbi dildə yazılması problemi qalmaqdadır

Dilçilik İnstitutu: Bakıda reklam və obyekt adlarının əcnəbi dildə yazılması problemi qalmaqdadır
# 10 noyabr 2015 12:28 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutu Bakı şəhərində küçə, reklam və obyekt adlarının monitorinqini başa çatdırıb. AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin əməkdaşı Rasim Heydərov APA-ya bildirib ki, monitorinqlər Bakının Nəsimi, Nərimanov və Səbail rayonlarını əhatə edib.

Onun sözlərinə görə, hazırda aparılan monitorinqin nəticələri ümumiləşdirilir: “Reklam və müəssisəsə adlarının yazılışında həm orfoqrafik, həm də qrammatik səhvlər var. Amma əsas problem reklam və müəssisə adlarının əcnəbi dildə yazılmasındadır. Reklam və obyekt adlarının əcnəbi dildə yazılması ilə bağlı problem qalmaqdadır. Əsasən bu problem özünü qabarıq göstərir”.

R. Heydərov qeyd edib ki, Bakı, Gəncə və Sumqayıtdakı küçə adlarındakı orfoqrafik səhvlər aradan qaldırılıb: “Biz bu üç şəhərdə küçə adlarını yenidən işlədik. Səhvlər olan küçə adları yenidən dəyişdirildi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR