Bank Of Baku

Lənkəranda yük maşını aşıb, iki nəfər xəsarət alıb

Lənkəranda yük maşını aşıb, iki nəfər xəsarət alıb
# 06 iyul 2018 07:26 (UTC +04:00)

Lənkəranda yük maşını aşıb, iki nəfər xəsarət alıb. APA-nın cənub bürosunun məlumatına görə, hadisə ucqar dağ kəndi olan Biləsərdə baş verib.

 

Belə ki, yük avtomobili hərəkətdə olarkən təkəri oxdan çıxıb və nəticədə nəqliyyat vasitəsinin aşması zamanı kənd sakinləri - 1989-ci il təvəllüdlü Raqib Rüstəm oğlu Məmmədov və 1982-ci il təvəllüdlü Firdovsi Xudaverdi oğlu Poladov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilərək travmatologiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR