Sabah Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək

Sabah Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək
# 25 sentyabr 2014 11:32 (UTC +04:00)

Bakı – APA. Sabah futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. Apasport.az saytının məlumatına görə, final mərhələsi 2016-cı il fevralın 2-13-də keçiriləcək yarışa vəsiqələr uğrunda mübarizə aparacaq 45 komandanın rəqibləri bilinəcək.

Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq çempionatının iştirakçıları 3 mərhələdən sonra tam müəyyənləşəcək. Belə ki, seçmə xarakterli yarışlar təsnifat, əsas seçmə və pley-offdan ibarət olacaq.

UEFA-nın Nyondakı mənzil qərargahında təşkil olunacaq tədbirdə ilk iki mərhələnin püşkü atılacaq. Bakı vaxtıyla 17:00-da baş tutacaq püşkdə əvvəl 24 komanda 6 qrupa bölünəcək. Bu komandalar püşk öncəsi səbətlərə də bölünüb.

1-ci səbət (meydan sahibləri): Moldova (2*), Monteneqro (2), Litva (2), Bolqarıstan (2), İsveç (3), Malta (4)

2-ci səbət (4): Cəbəllütariq, Estoniya, Uels, San-Marino, Şotlandiya

3-cü səbət (3): Andorra, Albaniya, Kipr, Danimarka, İsveçrə

4-cü səbət (2): İngiltərə, Ermənistan

5-ci səbət (1): Latviya, Fransa, Finlandiya, Gürcüstan, Yunanıstan, İsrail

* - mötərizədəki rəqəm gücünə görə hansı səbətə düşməli olduğunu göstərir.

Püşk 24 komandanı 6 qrupa böləcək. Burada 1-ci yeri tutanlar və ən yaxşı göstəriciyə malik 1 komanda əsas mərhələyə yüksələcək. Onlar birbaşa mübarizəyə qoşulacaq 21 kollektivlə mübarizə aparacaq. Azərbaycan millisi də bu 21 komanda arasında yer alıb.

Bu mərhələnin də püşkü sabah atılacağından iştirakçılar səbətlərə bölünüb. Yığmamız meydan sahiblərinin yer aldığı “7-lik”də qərarlaşıb. Bu isə o deməkdir ki, 6-cı səbətdə olan komandamız Bakıdakı seçmə mərhələdə 7, 8 və 10-cu səbətlərdən olan rəqiblərlə üz-üzə gələcək.

Lakin bu mərhələdə UEFA-nın bir qaydası işə düşəcək. Təsnifat mərhələni keçsə, Ermənistan yığmamızla, Cəbəllütariq isə İspaniya ilə eyni qrupa düşməyəcək.

6-cı səbət (meydan sahibləri): Xorvatiya (1), Rumıniya (2), Sloveniya (2), AZƏRBAYCAN (2), Bosniya və Herseqovina (3), Polşa (3), Makedoniya (3)

7-ci səbət (4): təsnifat mərhələsinin 7 komandası

8-ci səbət (3): Belçika, Türkiyə, Qazaxıstan, Norveç

9-cü səbət (2): Macarıstan, Slovakiya, Hollandiya, Belarus

10-cu səbət (1): İtaliya, İspaniya, Rusiya, Portuqaliya, Ukrayna, Çexiya

Bu mərhələdə 28 komanda 7 qrupa bölünəcək. 7 qalib birbaşa final mərhələsinə yüksələcək. İkinci yer sahibləri və ən yaxşı göstəriciyə malik 3-cü komanda isə pley-offda digər 4 xoşbəxti müəyyənləşdirəcək.

Qeyd edək ki. təsnifat mərhələsi 2015-ci il yanvarın 13-18-də, seçmə mərhələ isə martın 17-22-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR