Rafael Cəbrayılov təhsil, tibb və mədəniyyət işçiləri ilə görüşüb - FOTOSESSİYA

Rafael Cəbrayılov təhsil, tibb və mədəniyyət işçiləri ilə görüşüb - <span style="color: red;">FOTOSESSİYA
# 30 oktyabr 2015 11:55 (UTC +04:00)

Bakı-APA. Milli Məclisə seçkilərdə 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd, Milli Məclisin deputatı Rafael Cəbrayılov təbliğat-təşviqat kampaniyası dövründə son görüşünü təhsil, tibb və mədəniyyət işçiləri ilə keçirib.

Namizədin seçki qərargahından APA-ya verilən məlumata görə, Şirvan kinoteatrında baş tutan görüşdə 1000 nəfərdən artıq seçici iştirask edib. Görüşü namizədin vəkili Dilarə Əliyeva açaraq, hər kəsi salamlayıb və bugünkü görüşün mahiyyətindən danışıb. Sonra Rafael Cəbrayılovun müəllimləri və hazırda vəkili olan Gülağa Mürsəlov və Dürsədəf Babayeva çıxış ediblər .Dürsədəf Babayeva namizədin müıllimlərinə, böyüklərinə və ona ehtiyacı olan bütün Şirvanlılara göstərdiyi diqqət və qayğıdan ürək dolusu danışıb. Gülağa Mürsəlov isə Rafael Cəbrayılovun qabiliyyət və bacarığından danışaraq, on illik deputatlıq təcrübəsi olan və hər zaman Şirvanlıların xeyrinə-şərinə yarayan bir insanın Şirvanlılara layiq deputat olacağını bildirib. Daha sonra çıxış edən Rafael Cəbrayılov hər kəsə və xüsusilə ayaq üstə dayanan seçicilərə minnətdarlıq bildirib. Şirvanda böyüyən və Şirvanla bağlılığından danışan namizəd seçkinin vacibliyini vurğulayaq, hər kəsi 1 noyabr tarixində layiqli namizədə səs verməyə dəvət edib. Şirvandakı inkişafı xüsusi vurğulayan Rafael Cəbrayılov deputat seçildiyi halda yaranacaq məsələlərin həllində yerli icra strukturlarının, nazirliklərin və digər qurumların da iştirakını təmin etməklə, deputat səlahiyyətləri çərçivəsində həmin məsələləri həll edəcəyini deyib. Çıxış edən seçicilər bir mənalı olaraq, hazırda Şirvan şəhərində deputatlığa ən layiqli namizəd Rafael Cəbrayılov olduğunu bildiriblər. Böyük fəxrlə 1 noyabr tarixində yüksək aktivlik nümayiş etdirəcəklərini və yüksək səs fərqi ilə Rafael Cəbrayıılovu deputat seçəcəklərini əlavə ediblər. Sonda Rafael Cəbrayılov bütün namizədlərə uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR