ABŞ-ın Yəməndəki səfirliyinin yaxınlığında partlayış baş verib

ABŞ-ın Yəməndəki səfirliyinin yaxınlığında partlayış baş verib
# 29 avqust 2015 22:42 (UTC +04:00)

Bakı-APA. Yəmənin paytaxtı Sənada, ABŞ səfirliyinin yaxınlığında minalanmış avtomobil partladılıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yolun kənarında dayanan maşın şəhərin şərq hissəsində partlayıb.

Şahidlərin sözlərinə görə, terror aktından dərhal sonra şiddətli atışma olub. Ölən və xəsarət alanlar barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR