Bakı. Şəhriyar Əlizadə - APA. Qazaxıstanda axtarışda olan şəxs Bakıda tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Qazaxıstan Respublikasının Cinayət Məcəlləsinin 234-cü maddəsi (dövlət sərhədindən küllü miqdarda iqtisadi qaçaqmalçılıq) ilə axtarışda olan 1983-cü il təvəllüdlü İbrahim Abdullayev saxlanılıb.