Saxta pul dövriyyəsi ilə məşğul olan şəxsin şikayəti qismın təmin olunub

Saxta pul dövriyyəsi ilə məşğul olan şəxsin şikayəti qismın təmin olunub
# 28 noyabr 2014 12:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apelyasiya Məhkəməsində saxta pul dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən Sadiq Yusibov və Raqil Şirəliyevin apellyasiya şikayətləri əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara görə, Raqil Şirəliyevin apelyasiya şikayəti qismən təmin edilərək cəzası 6 ildən 5 ilə endirilib.


Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham edilib.

Nərimanov rayon Məhkəməsinin hökmü ilə Raqil Şirəliyev 6 il, Sadiq Yusifov 5 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR