Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq keçiriblər

Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq keçiriblər
# 27 may 2015 11:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov müavinləri Elçin Şirinov və Aydın Bəyişovla birlikdə Kürdəmir, Ucar, Yevlax, Daşkəsən, Tərtər, Bərdə rayon polis şöbələrində, Mingəçevir Şəhər Polis Şöbəsində və Gəncə Şəhər Baş Polis İdarəsində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, saxlanılan şəxslərlə görüşüb, şikayətlərinin olub-olmamaları ilə maraqlanıblar: “Saxlanma şəraitindən şikayət olmasa da, bir neçə nəfər istintaq orqanlarından və məhkəmələrdən şikayət etdilər. Saxlanılan şəxslər əsasən narkotik dövriyyəsində, oğurluqda və dələduzluqda təqsirləndirilən şəxslərdir”.

Hüquq müdafiəçisi Bərdə və Tərtər rayonlarında “Polis və vətəndaş münasibətləri” mövzusunda seminar keçirdiklərini də bildirib: “Seminarlarda polis əməkdaşları və sakinlər iştirak edirdilər. Qarşılıqlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı ”.

E. Behbudov Mingəçevir Şəhər Polis Şöbəsi üçün yeni inzibati binanın tikildiyini və yaxın günlərdə daxili işlər naziri Ramil Usubovun iştirakı ilə binanın istifadəyə veriləcəyini də deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR