Yəməndə minalanmış avtomobil partladılıb, 8 nəfər ölüb, 20 nəfər yaralanıb

Yəməndə minalanmış avtomobil partladılıb, 8 nəfər ölüb, 20 nəfər yaralanıb
# 11 sentyabr 2016 23:21 (UTC +04:00)

Bakı-APA. Yəmənin Əbyan əyalətində polis məntəqəsinin qarşısında minalanmış avtomobil partladılıb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, insident əyalətin paytaxtı Zincibar şəhərində baş verib.

Məlumata görə, partlayış terrorçu-kamikadze tərəfindən törədilib. Hadisə nəticəsində 8 polis əməkdaşı və hərbçi ölüb, 20-i yaralanıb. Yerli sakinlərin sözlərinə əsasən, partlayışdan sonra Zincibarda hökumət qoşunları və “Əl-Qaidə” silahlıları arasında şiddətli döyüşlər başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR