Millət vəkilləri Montana Forumunun 27-ci illik sessiyasında iştirak edəcəklər

Millət vəkilləri Montana Forumunun 27-ci illik sessiyasında iştirak edəcəklər
# 26 iyun 2016 14:41 (UTC +04:00)

Bakı-APA. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və deputat Ağalar Vəliyev iyunun 28-də Krans Montana Forumunun 27-ci illik sessiyasında iştirak etmək üçün Vyana şəhərinə yola düşəcəklər.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, deputatların, beynəlxalq və regional təşkilatların təmsilçilərinin iştirak edəcəyi tədbirdə enerji təhlükəsizliyi, Mərkəzi və Cənub-Şərqi Avropaya qaçqın və miqrantların axını, təbii ehtiyatların idarə edilməsinin təkmilləşdirilməsi, iqtisadi cinayətkarlığa qarşı mübarizə, fövqəladə halların idarə edilməsi, parlamentlər və dinlər arasında qlobal dialoqun təşviqi və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Forumda Eldar İbrahimov İqtisadi inkişaf, sənaye sahəsində investisiya, iqlim dəyişikliyi və onların ətraf mühitə təsiri mövzusunda müzakirələr zamanı çıxış edəcək, bu barədə fikirlərini bildirəcək.

Səfər iyulun 2-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR